Lavrov-Çavuşoğlu görüşü: Gündəmdə Qarabağ var
Bizi izləyin

Region

Lavrov-Çavuşoğlu görüşü: Gündəmdə Qarabağ var

Koronavirus pandemiyasına baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sıx təmasda olub. Prezidentlər bu il üç dəfə şəxsən görüşüb, Astana formatında videokonfransda iştirak edib və iyirmiyə yaxın telefon danışığı həyata keçirib.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun VIII iclasında açıqlayıb.

O bildirib ki, türk həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkənin prezidentlərinin gələn il üz-üzə görüşünə hazırlıqla yanaşı, Qara dəniz, Yaxın Şərq və Qafqaz bölgələrindəki vəziyyəti müzakirə qurmaq ətrafında da fikir mübadiləsi aparacaq: “Zəngin beynəlxalq gündəmimizdə Suriya nizamlanması, Liviya, Yaxın Şərqin digər bölgələri və Dağlıq Qarabağ mövzusu var. Etibarlı dialoqumuza çox dəyər veririk”.

Çavuşoğlu, öz növbəsində, Türkiyə və Rusiya prezidentləri arasındakı sıx dialoqun və aralarındakı qarşılıqlı inamın yalnız ikitərəfli münasibətlərin deyil, regional əlaqələrin də inkişafına xidmət etdiyini vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm