Türkiyədə "Sinovac"la peyvənd edilənlərin sayı 700 minə yaxınlaşır
Bizi izləyin

Region

Türkiyədə "Sinovac"la peyvənd edilənlərin sayı 700 minə yaxınlaşır

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə “Sinovac” vaksini ilə aparılan peyvəndləmə sürətlə davam edir.

Publika.az xəbər verir ki, yanvarın 16-da Ankara vaxtı ilə saat 16.30-a olan məlumata görə 660 min vətəndaş peyvənd olunub. Ehtimal edilir ki, sabah peyvənd edilənlərin sayı 700 mini ötəcək.

Qeyd edək ki, Türkiyədə “Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Prezident Rəcəb Tayyib Ərdoğan isə yanvarın 14-də peyvənd olunub. Dövlət başçısı əhalini peyvəndə dəvət edib.

Hələlik peyvəndləmədə ciddi əks təsir müşahidə olunmur.

Xatırladaq ki, COVID-19 infeksiyası ilə mübarizə məqsədilə hazırda Türkiyədə 56 saatlı “Evdə qal!” rejimini qüvvədədir. Yanvarın 15-də saat 21.00-da qüvvəyə minən bu rejim yanvarın 18-də saat 05.00-dək davam edəcək. Elə həmin gün axşam saat 21.00-da səkkiz saatlıq gündəlik “Evdə qal!” rejimi tətbiq olunacaq və bu qayda həftənin ilk beş günü davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm