Çavuşoğlu Türkiyənin şərtini açıqladı: Ermənistan buna inanarsa...
Bizi izləyin

Region

Çavuşoğlu Türkiyənin şərtini açıqladı: Ermənistan buna inanarsa...

Türkiyə və Azərbaycan atəşkəsin daimi olduğunu müşahidə edər, Ermənistan da buna inanarsa, rəsmi İrəvan ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bu addımlar Azərbaycan ilə birlikdə koordinasiya olunacaq: “Hazırda çox önəmli fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil olmaqla, müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm