Zərif Ermənistana bu tarixdə gedəcək
Bizi izləyin

Region

Zərif Ermənistana bu tarixdə gedəcək

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Ermənistana səfərinin tarixi məlumdur.

Publika.az xəbər verir ki, qurumun mətbuat xidməti nazirin yanvarın 27-də Ermənistana səfər edəcəyini açıqlayıb.

Zərif İrəvanda ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq. Bu danışıqların mərkəzi mövzusunun Dağlıq Qarabağ olacağı ehtimal edilir.

Qeyd edək ki, bundan əvvəl nazir İran KİV-lərinə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Zərifin Bakı səfəri 24-25 yanvarda olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm