SON DƏQİQƏ: Türkiyə gəmisinə hücum edildi, azərbaycanlı ÖLDÜRÜLDÜ - (YENİLƏNDİ)
Bizi izləyin

Region

SON DƏQİQƏ: Türkiyə gəmisinə hücum edildi, azərbaycanlı ÖLDÜRÜLDÜ - (YENİLƏNDİ)

Türkiyəyə məxsus "M/V Mozart" yük gəmisi Nigeriya yaxınlığında dəniz quldurları tərəfindən hücuma məruz qalıb.

Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, quldurlar gəmidəki yeganə Azərbaycan vətəndaşı olan Fərman İsmayılovu öldürüb, 15 Türkiyə vətəndaşını isə əsir götürüblər.

Qeyd edilir ki, gəmidə ümumilikdə 19 nəfər olub.

Piratlar tərəfindən əsir götürülən dənizçilər:

Gəmi kapitanı: Mustafa Kaya
İkinci kapitan: Melih Çetin
Üçüncü kapitan: Doğancan Cengil
Dördüncü kapitan: Furkan Yaren
Baş mühəndis: Süha Tatlıgül
İkinci mühəndis: Fərman İsmayılov (öldürülüb)
Üçüncü mühəndis: Yasin Alper Şeker

Gökhan Buran
Vedat Aksan
Erdi Erman
Halil Gülçür
Ünsal Dilsiz
Adil Alkan
İlyas Baş
Mesut Meral
Bahadır Yeşilalan
Gökhan Lale
Mustafa Benklioğlu
Hamza Orhan

İlkin məlumata görə, quldurlar əsirləri qaytarmaq üçün pul tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm