UEFA-dan Türkiyə klubuna transfer qadağası
Bizi izləyin

Region

UEFA-dan Türkiyə klubuna transfer qadağası

Türkiyənin “Antalyaspor” klubu UEFA tərəfindən cəzalandırılacaq.

Publika.az xəbər verir ki, Super Liqa təmsilçisinə 3 dönəm transfer qadağası qoyulması gözlənilir.

Buna səbəb Antalya təmsilçisinin maddi böhran səbəbindən borclarını ödəyə bilməməsidir. Klubu bu ağır durumdan çıxara bilməyən prezident Ali Şafak Öztürk bir müddət əvvəl vəzifəsindən istefa verib. Həmçinin baş məşqçi Ərsun Yanalın da istefa ərizəsi yazdığı və bunu tezliklə açıqlayacağı bildirilib.

Qeyd edək ki, “Antalyaspor” hazırda 25 xalla 11-ci pillədə qərarlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm