Çindən Türkiyəyə daha 6,5 milyon vaksin gətiriləcək
Bizi izləyin

Region

Çindən Türkiyəyə daha 6,5 milyon vaksin gətiriləcək

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Çindən gətirilməsi nəzərdə tutulan 10 milyon doza vaksinin ikinci partiyasının birinci hissəsi yanvarın 25-də Türkiyədə olacaq.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında yazıb.

Bu partiyada Türkiyəyə 6,5 milyon doza peyvəndin gətiriləcəyini deyən nazir vaksinlərin qalan hissəsinin ölkədə həyata keçirilən tədarük planına uyğun olaraq vaksinasiya proqramı çərçivəsində təslim ediləcəyini vurğulayıb.

Qeyd edək ki, ilkin mərhələdə Çindən Türkiyəyə üç milyon doza “Sinovak” vaksini gətirilib. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm