Peskov: Bu, Rusiyanın daxili işlərinə müdaxilədir
Bizi izləyin

Region

Peskov: Bu, Rusiyanın daxili işlərinə müdaxilədir

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Moskvadakı səfirliyinin rusiyalı müxalif Aleksey Navalnının tərəfdarlarının təşkil etdiyi etiraz aksiyalarına dəstək verərək ölkənin daxili işlərinə dolayı yolla müdaxilə etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Kremlin sözçüsü ABŞ səfirliyinin nümayəndə heyətinin müxalifətin etirazlarına dəstək verən açıqlamalarına da münasibət bildirib.

O, bunların yanlış açıqlama olduğunu vurğulayıb: “Təbii ki, sözügedən açıqlamalar daxili işlərimizə dolayı yolla müdaxilədir. Yəni bütün bunlar dolayı yolla Rusiya Federasiyasının qanunlarının pozulmasını və icazəsiz keçirilən mitinqləri dəstəkləməkdir”, - Peskov əlavə edib.

Kremlin sözçüsü “Rossiya 1” telekanalına verdiyi açıqlamasında nitqinə bu cür davam edib: “ABŞ-da qarışıqlıq yaşananda səfirliyimiz eyni şəkildə davransaydı, bu, böyük ehtimalla Vaşinqtonda narahatlıq hissinə səbəb olardı. Həmişə tərəfdaşlarımıza bu kimi müqayisələr etmələrini tövsiyə etmək istəyirəm”.

Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfirliyinin səlahiyyətliləri dünən Navalnı tərəfdarlarının etiraz aksiyaları ilə əlaqədar olaraq “Rusiya hakimiyyəti etirazçılara qarşı alınan tədbirlərlə ifadə azadlığını boğduğunu göstərdi”, deyərək iddia etmişdilər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm