İran Ərdoğanın təklifindən sonra HƏRƏKƏTƏ KEÇDİ - Zərifin 5 ölkəyə səfərinin ƏSL MƏQSƏDİ
Bizi izləyin

Region

İran Ərdoğanın təklifindən sonra HƏRƏKƏTƏ KEÇDİ - Zərifin 5 ölkəyə səfərinin ƏSL MƏQSƏDİ

Qafqaz bölgəsində “Altılıq” formatında əməkdaşlıq platforması qurmaq istəyirik.

Publika.az xəbər verir ki, bunu Moskvada rəsmi səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, region ölkələrinə səfəri də bu istəklə əlaqədardır.

Bakı səfərində Azərbaycan Prezidenti İlham Əliyev və digər səlahiyyətli şəxslərlə faydalı müzakirələr apardığını bildirən Zərif rus həmkarı Sergey Lavrov ilə görüşündə Dağlıq Qarabağ, nüvə razılaşması, Suriya, Əfqanıstan və Yəmən məsələlərini masaya yatıracaqlarını vurğulayıb.

O, Donald Trampın vəzifədən gedişi ilə xüsusi şərtlər yarandığını və Rusiya ilə bu məsələdəki mövqelərini müəyyən edəcəklərini bildirib.

M.C.Zərifin Rusiyadan sonra Ermənistan, Gürcüstan və Türkiyəyə səfəri gözlənilir.

Qeyd edək ki, “Altılıq” formatında əməkdaşlıq platforması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifidir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm