Türk dənizçiləri qaçıran piratlarla BAĞLANTI QURULDU
Bizi izləyin

Region

Türk dənizçiləri qaçıran piratlarla BAĞLANTI QURULDU

Gine Körfəzində Türkiyə dənizçilərini qaçıran piratlar ilk dəfə şirkətlə bağlantı qurublar.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, şirkətin Almaniyanın Hamburq şəhərində yerləşən ofisinə zəng edən piratlar gəmi kapitanı və şirkət rəsmiləri ilə danışıblar. Onlar bütün ekipajın adlarını sadalayıb və onların yaxşı olduqlarına dair dəlillər təqdim ediblər.

Bildirək ki, "Mozart" adlı gəmi 23 yanvarda dəniz quldurlarının hücumuna məruz qalıb. 19 ekipaj üzvündən 15-ni qaçıran quldurlar azərbaycanlı mühəndis Fərman İsmayılovu öldürüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm