İstanbulda DƏHŞƏTLİ FƏLAKƏT gözlənilir - 150 milyardlıq itki olacaq/VİDEO
Bizi izləyin

Region

İstanbulda DƏHŞƏTLİ FƏLAKƏT gözlənilir - 150 milyardlıq itki olacaq/VİDEO

Video əlavə olunub.

xxx

Türkiyənin ən böyük əhalisinə sahib İstanbulda baş verə biləcək 7,5 bal gücündə zəlzələ böyük fəlakətlərə səbəb ola bilər.

Publika.az xəbər verir ki, İstanbul Valiliyi Seysmik Riskin Azaldılması və Təcili Hazırlıq Layihəsinin (ISMEP) meneceri Kazım Gökhan Elgin bu barədə danışıb.

Onun sözlərinə görə, İstanbulda böyük maqnitudada zəlzələ 150 milyard dollarlıq zərərə başa gələ bilər: “1999-cu il Mərmərə zəlzələsində 10-15 milyard dollar maddi zərər yaşadıq. Bu rəqəm ümumi daxili məhsulun 5-7 faizi idi. İstanbul dünyada zəlzələ riski yüksək olan 3 şəhərdən biridir. 15 milyon insan yaşayır. Hər kvadrat kilometrdə 2840 nəfər məskunlaşıb. Turizm, ticarət və sənaye mərkəzidir. Buna görə də vurula biləcək iqtisadi zərər çox böyük olacaq”.

Qeyd edək ki, mütəxəssislər yaxın zamanlarda İstanbulda böyük miqyasda zəlzələnin ola biləcəyini ehtimal edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm