Türkiyə-dən BMT-yə SƏRT TƏPKİ: “Bu yolverilməzdir”
Bizi izləyin

Region

Türkiyə-dən BMT-yə SƏRT TƏPKİ: “Bu yolverilməzdir”

Türkiyənin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurası tərəfindən Kipr adasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin uzadılması qərarını qınayıb.

Publika.az xəbər verir ki, bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, bu qərar verilərkən Şimali Kipr Türk Cumhuriyyəti rəsmilərinin fikrinin nəzərə alınmaması yolverilməzdir. Bəyanatda qeyd olunub ki, bu, qəbul olunmuş qayda və prinsiplərə ziddir.

Ankara hesab edir ki, təkbaşına və təktərəfli qərar qəbul etmək yolverilməzdir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 29 yanvar 2021-ci il tarixli 2561 (2021) saylı qətnaməsi ilə BMT Təhlükəsizlik Şurasının Kipr adasındakı səlahiyyət müddəti daha 6 ay uzadılıb. Məsələ ilə bağlı Kiprin türk icmasının fikirləri nəzərə alınmayıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm