Zərif Taliban heyəti ilə görüşdü
Bizi izləyin

Region

Zərif Taliban heyəti ilə görüşdü

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paytaxt Tehranda Əfqanıstan hökumətilə sülh danışıqlarını davam etdirən Taliban heyəti ilə görüşüb.

Publika.az xəbər verir ki, qruplar arasındakı danışıqlara hər cür dəstək verməyə hazır olduqlarını bildirən Zərif ölkədəki işğal və müharibə səbəbindən Əfqanıstan xalqının çətin anlar yaşadığına diqqət çəkib.

Nazir sülh prosesinin dərhal həyata keçiriləcəyinə ümid etdiklərini söyləyib.

Digər tərəfdən, Talibanın Qətər ofisinin sözçüsü Məhəmməd Naim Vardak görüşlə əlaqədar açıqlamasında bunları deyib: "Görüşdə Əfqanıstandakı vəziyyət, əfqanlararası danışıqlar, Doha sazişinin tam həyata keçirilməsi və Əfqanıstanda, həmçinin bölgədə sülh və təhlükəsizliyin zəruriliyi müzakirə edilib".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm