İstanbuldan Tiflisə uçuşlar bərpa edilir
Bizi izləyin

Region

İstanbuldan Tiflisə uçuşlar bərpa edilir

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti İstanbuldan Tiflisə birbaşa uçuşları bərpa edir.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan hava limanları birliyinin saytında qeyd olunur.

“İstanbul - Tiflis - İstanbul” aviareysləri 11 fevral tarixindən etibarən hər gün həyata keçiriləcək.

Ölkənin mülki aviasiya agentliyinin verdiyi məlumata görə, fevral ayında Gürcüstan Tiflisdən 12 ölkəyə müntəzəm uçuşlar həyata keçirəcək.

Hazırda Gürcüstandan Almaniya, Niderland, Polşa, Fransa, Avstriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusa uçuşlar mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm