Xamenei 4 minə yaxın məhkumu əfv etdi
Bizi izləyin

Region

Xamenei 4 minə yaxın məhkumu əfv etdi

İranın Ali Rəhbəri ayətullah Əli Xamenei İslam İnqilabının bu il fevralın 10-na təsadüf edən 42-ci ildönümü münasibətilə 3840 nəfərin əfv edilməsi və ya işlərinin yüngülləşdirilməsi ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, daha əvvəl Məhkəmə Hakimiyyətinin sədri höccətülislam İbrahim Rəisi 3840 nəfərin əfv edilməsi və işlərinin yüngülləşdirilməsi ilə bağlı Ə. Xameneiyə məktub ünvanlamışdı.

Xatırladaq ki, Bu il fevralın 10-na düşən İran təqviminə görə Bəhmən ayının 22-ci günü ölkədə əsas milli bayramlardan biridir. Bu gün, İranın son şahı Məhəmməd Rza Pəhləvinin (1941-1979) monarxik hakimiyyətinə qarşı mübarizədə İslam İnqilabının son qələbə tarixi hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm