İranda öncə bu şəxslərə peyvənd vurulacaq
Bizi izləyin

Region

İranda öncə bu şəxslərə peyvənd vurulacaq

İranda COVID-19 infeksiyası ilə əlaqədar vəziyyət tədricən sabitləşir, ölüm və yoluxma hallarında azalma müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 24 saat ərzində İranda koronavirusa 7321 nəfər yoluxub, 67 nəfər isə ölüb. Bununla da, ümumilikdə, İranda yoluxanların sayı 1 milyon 473 min 756 nəfərə, ölənlərin sayı isə 58 min 536-ya çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3778 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 260 min 46 xəstə sağalaraq evə buraxılıb.

Bu gündən etibarən İranda əhaliyə peyvənd vurulması prosesi başlayıb. Peyvənd ilk növbədə tibb işçilərinə vurulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm