İran üçün kritik proses başlayır: 11 mayda...
Bizi izləyin

Region

İran üçün kritik proses başlayır: 11 mayda...

İranda prezident seçkilərinə namizədliklərin irəli sürülməsi prosesi 11 mayda başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Seçki Ofisi məlumat yayıb.

Ofisin paylaşdığı təqvimdə 18 iyunda keçirilməsi planlaşdırılan seçkilərdə yarışmaq istəyənlərin 5 gün boyunca müraciət etmək vaxtı olduğu əks edilib.

Qeyd edək ki, bu günədək seçkilərə qatılacağını sabiq təhsil naziri, deputat Həmid Rza Hacıbabayi, sabiq müdafiə naziri Hüseyn Dəkan, parlament sədri Məhəmməd Bakir Kəlibaf, baş prokuror İbrahim Rəisi, sabiq parlament sədri Əli Laricani və sabiq prezident Mahmud Əhmədinejat elan edib.

Hazırkı Prezident Həsən Ruhani isə ardıcıl 2 dəfə seçildiyi üçün növbəti dəfə namizəd ola bilməyəcək.

Seçkilərdə namizəd olmaq istəyənlərin din adamları və hüquqşünaslardan ibarət Konstitusiyanı Mühafizə Şurasının Təftiş Şurasından keçməsi vacibdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm