Türk kosmonavt, Aya enmək, kosmosda güc olmaq - Türkiyənin 10 illik HƏDƏFLƏRİ
Bizi izləyin

Region

Türk kosmonavt, Aya enmək, kosmosda güc olmaq - Türkiyənin 10 illik HƏDƏFLƏRİ

Türkiyə 10 il müddətində 10 kosmik hədəfə çatmağı planlaşdırır.

Publika.az
xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyip Ərdoğan bildirib.

1. 2023-cü ildə - Cümhuriyyətin 100 illiyində Aya enmək;

2. Yeni nəsil peyk sahəsində dünya səviyyəsində rəqabət edə biləcək marka yaratmaq;

3. Türkiyəyə məxsus peyk naviqasiya sistemini yaratmaq: (bu, xüsusilə hərbi əməliyyatlar üçün vacibdir, sistemin yaradılması layihəsi də Türkiyə Silahlı Qüvvələrinə məxsusdur);

4. Kosmik stansiya qurmaq;

5. İnvestisiya yatıraraq, kosmosda təsir imkanlarını artırmaq;

6. Astronomik müşahidələrin daha yüksək səviyyəyə çatdırmaq;

7. Kosmik sənayeni inkişaf etdirmək;

8. Kosmik texnologiyalar bölgəsi yaratmaq;

9. Kosmik sənaye sahəsində mütəxəssisləri hazırlamaq;

10. Və nəhayət, kosmosa türk kosmonavtını göndərmək;

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm