Türkiyədə peyda olan monolitin sirrini Ərdoğan AÇDI
Bizi izləyin

Region

Türkiyədə peyda olan monolitin sirrini Ərdoğan AÇDI

Türkiyənin Şanlıurfa vilayətində Göbəklitəpə yaxınlığında bir neçə gün əvvəl peyda olan metal monolitin sirri üzə çıxıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, sözügedən monolitin üzərinə yazılan "Göy üzünə bax, Ayı gör" şüarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli kosmik proqramının təqdimat mərasimində çıxışı zamanı söyləyib.

Məlum olub ki, metal monolit kosmik proqramın tanıtımının bir hissəsi olub.

Bildirilir ki, sirli şəkildə "peyda olan" 3 metrlik sütun beş gün sonra eyni formada "yoxa çıxıb".

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm