Türkiyə Silahlı Qüvvələri yenidən hərəkətə keçdi (YENİLƏNDİ)
Bizi izləyin

Region

Türkiyə Silahlı Qüvvələri yenidən hərəkətə keçdi (YENİLƏNDİ)

Türkiyə Silahlı Qüvvələri “Pəncə Qartal-2” hərbi əməliyyatlarına start verib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalındakı Qara bölgəsində məskunlaşan PKK/KCK və digər terror təşkilatlarına aid hədəflərə qarşı saat 02:55-dən etibarən başlayan əməliyyatlar nəticəsində düşmənə ağır zərbələr endirilib.

Hərəkat davam edir.

****

11:50

Türkiyə Daxili İşlər Nazirliyi “Eren-9 Kazan-Han Yaylası” əməliyyatına başlayıb.

Publika.az xəbər verir ki, Hakkaridə gerçəkləşdirilən əməliyyatların hədəfi separatçı terror təşkilatlarının ölkə daxilindəki fəaliyyətini sonlandırmaqdır.

Əməliyyatlarda Jandarm Özəl Hərəkat, Polis Özəl Hərəkat və təhlükəsizliyin mühafizəsi komandolarından ibarət 2 min 218 nəfərlik şəxsi heyət iştirak edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm