Türkiyənin "Pəncə Qartal-2" əməliyyatı: hədəf Sincardır...
Bizi izləyin

Region

Türkiyənin "Pəncə Qartal-2" əməliyyatı: hədəf Sincardır...

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı “Pəncə Qartal-2” əməliyyatı davam edir.

Publika.az
xəbər verir ki, dünən gecə saatlarında başlanan əməliyyatın əsas mərkəzi İraqın Qara bölgəsidir;

PUA-lar və kəşfiyyat məlumatları ilə terrorçuların müəyyən edilən mövqeləri hava hücumu ilə darmadağın edilir. Hava əməliyyatının ardınca quru əməliyyatının başlayacağı gözlənilir: xüsusi təyinatlı qüvvələr bölgəyə çıxarılacaq;

Qara bölgəsindəki əməliyyatın əsas hədəfi Sincara çıxış əldə etməkdir.
PKK-nın “yeni Qəndil” etmək istədiyi İraqın Sincar bölgəsi Türkiyənin Silopi vilayətinin təxminən 100 kilometr cənubunda yerləşir. Bölgə niyə əhəmiyyətlidir:

- Ərazi dağlıqdır və terrorçular üçün sərfəlidir.
- Təhlükəsizlik baxımından Qəndil qədər olmasa da, PKK üçün önəmli məkandır.
- Bölgədə etnik və dini müxtəliflik var.
- PKK-nın yeni adam toplaması üçün potensial qaynaq hesab olunur.
- Terror təşkilatı vaxtilə xarici güclərin, xüsusilə ABŞ-ın dəstəyi ilə bölgədə müdafiə nöqtələri inşa edib, hətta ABŞ tərəfində dizayn edilən təlim düşərgələri də var;
- Ən önəmlisi isə Sincarın İraq və Suriyadakı terrorçuların əlaqə yaratdığı bölgə olmasıdır: Türkiyə Sincara daxil olmaqla, PKK-nın Suriya qanadı PYD/YPG ilə əlaqəsini kəsə və terrorçulara İraq və Suriyada ayrı-ayrılıqda zərbələr endirə biləcək; Gara bölgəsinə paralel olaraq, terrorçuların Suriadakı mövqelərin bomblanması da buna hesablanıb;

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm