• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Peyvənd istehsalçısından GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Vəziyyət dəyişə bilər"

  • Region
  • 11 Fevral 2021 22:36
  • 1 833 Baxış
Peyvənd istehsalçısından GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Vəziyyət dəyişə bilər"

ABŞ-ın əczaçılıq şirkəti, koronavirusa qarşı peyvənd istehsal edən "Johnson&Johnson"-un rəhbəri Aleks Qorski bildirib ki, eynilə qrip kimi COVID-19-a qarşı da hər il vaksinasiya olunmaq lazım gələ bilər.

Publika.az "CNN Türk"ə istinadla xəbər verir ki, CNBC telekanalına müsahibə verən Qorski "Təəssüflə deməliyəm ki, virus yayıldıqca mutasiyaya uğramağa da davam edəcək" deyə vurğulayıb.

"Virus hər dəfə mutasiyaya məruz qalanda onun antitellərə müqavimət qabiliyyəti də artacaq. Bu, xəstəliyin müalicəsinə təsir göstərə və vaksinasiya ilə bağlı vəziyyəti dəyişə bilər", – deyə o qeyd edib.

Qorski rəhbərlik etdiyi şirkətin istehsalı olan peyvəndin digər bu tip preparatlarla müqayisədə daha əlverişli olduğunu və yalnız bir dozada tətbiq olunuduğunu da əlavə edib. Eyni zamanda, preparatın daşınmasının da asan başa gəldiyini vurğulayıb.

Şirkət rəhbəri "Johnson&Johnson"-un iyunun sonuna qədər ABŞ-a 100 milyon doza peyvənd çatdırmaq hədəfinə nail olacaqlarına inandıqlarını da ifadə edib.

Qeyd edək ki, "Johnson&Johnson" yanvarın 29-da yayımladığı hesabatda preparatın koronavirusa qarşı 66 faiz təsirli olduğunu açıqlamışdı.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR