Türkiyədə hava şəraiti qəfil dəyişdi - Xəsarət alanlar var - FOTO
Bizi izləyin

Region

Türkiyədə hava şəraiti qəfil dəyişdi - Xəsarət alanlar var - FOTO

Türkiyənin Egey bölgəsində fevralın 11-i axşam saatlarından etibarən hava şəraitinin qəfil dəyişməsi bir sıra fəsadlar törədib.

Publika.az xəbər verir ki, Balıkesir və İzmir vilayətlərində əsən güclü külək bir neçə evin dam örtüyünü uçurub, ağacları kökündən çıxarıb. Uçan dam örtükləri avtomobillərin üstünə düşüb. Bəzi avtomobillərə ciddi ziyan dəyib. Küləyin təsirindən bir avtomobil və bir qaldırıcı kran aşıb.

Xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, hidriometeoroloqlar bu həftə sonu ölkə ərazisində havanın kəskin dəyişəcəyi, bəzi bölgələrdə temperaturun 20 dərəcəyədək enəcəyi, qar yağacağı ilə bağlı xəbərdarlıq ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm