İran dünyaya MEYDAN OXUDU: Düşmənlərimiz qorxmalıdır!
Bizi izləyin

Region

İran dünyaya MEYDAN OXUDU: Düşmənlərimiz qorxmalıdır!

İran Silahlı Qüvvələri hər zaman düşmənlərinə qarşı nüfuz, müdafiə, müqavimət və hücum ruhunu qoruyub saxlayıb.

Publika.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general-mayor Hüseyn Səlami “Payambar-e Azam 16” (Ulu Peyğəmbər) adlı hərbi təlimlərdəki çıxışı zamanı deyib.

General bildirib ki, SEPAH-ın quru qoşunlarının döyüş gücü təlimdə nümayiş olunandan daha böyükdür, bu təlimlər zamanı bu gücün yalnız kiçik nümunəsi göstərilir: “İranın onun pisliyini istəyən bütün düşmənləri son hərbi təlimlər zamanı nümayiş olunan ölkənin müdafiə qüdrətindən qorxmalıdır. Ordunun bütün qolları birləşdiriləndə düşmənlərə bütün qüvvəmiz ilə müqavimət göstərə bilərik”.

Düşmənlərin İranın quru qoşunlarının sarsılmaz addımlarından qorxduqlarını qeyd edən general-mayor ölkənin ərazi bütövlüyünün bir dəqiqə də diqqətdən kənar qalmayacağını vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm