Ərdoğanla Ruhani arasında KRİTİK MÜZAKİRƏ: "Bütün çətinliklərə baxmayaraq..."
Bizi izləyin

Region

Ərdoğanla Ruhani arasında KRİTİK MÜZAKİRƏ: "Bütün çətinliklərə baxmayaraq..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında teıefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti özünün "Telegram" kanalında məlumat yayıb.

"Əziz qardaşım, İran prezidenti Həsən Ruhani ilə telefon danışığımız oldu.

Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı inkişaf etdirəcək addımların atılmasını və regional prosesləri müzakirə etdik.

Münasibətlərimizi gücləndirilməsinə dair iradəni müdafiə edirik.

Həmkarıma yeni ABŞ administrasiyasının İrana qarşı birtərəfli sanksiyalardan imtina etməsi və İran xalqının rifahı üçün haqsız əngəllərin aradan qaldırılması ilə bağlı arzumu bildirdim.

Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən istifadəyə verilməsi nöqtəsində bütün tərəflərin görüşməsinin ən ağlabatan hərəkət tərzi olduğunu və bütün çətinliklərə baxmayaraq dialoq qapısını açıq saxlamağın vacib olduğunu bildirdim", deyə ölkə başçısı bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm