Region
Avropa İttifaqından Rusiyaya "Navalnı SANKSİYASI"
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri müxalifət lideri Aleksey Navalnının həbsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bağlı qərar veriblər.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozef Borel açıqlama verib.
Borel bildirib ki, Rusiya AB-dən uzaqlaşıb:
"Navalnının vəziyyəti ilə əlaqədar olaraq, onun həbsində və cəzalandırılmasında cavabden olan şəxslər daxil olmaqla, Rusiya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün siyasi qərar verdik".
"Məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün Aİ-nin 2020-ci ilin dekabrında başlatdığı Qlobal İnsan Hüquqları Sanksiyalar Rejimini ilk dəfə tətbiq etdik. Sanksiyaların hazırlanması prosesi bu gündən etibarən başladı. Konkret təkliflər verildi və tədbirlərin bir həftə ərzində hazır olacağını gözləyirəm. Rusiyada siyasi və mədəni haqları, azadlığı müdafiə edənlərə dəstəyimiz davam edəcək", - deyə Borel bildirib.
Hüseyn
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...