Düşmənin QORXULU YUXUSU: "AKINCI" zərbə endirməyə hazırdır - FOTO/VİDEO
Bizi izləyin

Region

Düşmənin QORXULU YUXUSU: "AKINCI" zərbə endirməyə hazırdır - FOTO/VİDEO

Türkiyə dronlarının “atası” hesab edilən Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar Holding” şirkətinin işləyib hazırladığı "Akıncı" pilotsuz hücum dronlarının (TİHA) üçünün istehsalı tamamlanıb.

Publika.az xəbər verir ki, bu barədə Selçuk Bayraktar "Telegram" kanalında məlumat verib.

Bildirək ki, Qarabağda Azərbaycan ordusunun qazandığı qələbədə önəmli payı olan “Bayraktar TB2” döyüş PUA-larından daha üstün göstəricilərə və imkanlara malik olan bu PUA-lar Türkiyənin hərbi gücünü daha da artırmış olacaq.

2020-ci il ərzində “Baykar” mühəndisləri başda Selçuk Bayraktar olmaqla “Akıncı”nın müxtəlif şəraitlərdə sınaqlarını həyata keçiriblər, o cümlədən avtonom şəkildə, heç bir yerüstü idarəetmə sistemi olmadan enmə və qalxma funksiyalarını necə yerinə yetirdiyini yoxlayıblar.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm