Türkiyədə daha 75 nəfər virusun qurbanı oldu
Bizi izləyin

Region

Türkiyədə daha 75 nəfər virusun qurbanı oldu

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 75 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 213 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 9 107 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 655 633 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 546 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 534 996 nəfər təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm