• USD 1,7000 0,00% EUR 2,0331 -0,13%
    • GBP 2,3391 -0,10% RUB 0,0222 -0,45%

Türkiyədə təhsil işçilərinin vaksinasiyası başladı

Türkiyədə təhsil işçilərinin vaksinasiyası başladı

Türkiyədə təhsil işçilərinin koronavirusa qarşı peyvəndlənməsi prosesinə başlanılıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çorum vilayətində keçirilən vaksinasiya prosesində iştirak edən Milli Təhsil naziri Ziya Selçuka peyvəndin ilk dozası vurulub.

Nazir bu gündən etibarən müəllimlərin səhiyyə müəssisələrinə müraciət edərək peyvəndlənə biləcəklərini deyib.

Bir milyon 259 məktəb işçisindən ibarət siyahının bir həftə əvvəl Səhiyyə Nazirliyinə təqdim edildiyini bildirən nazir hazırda bununla bağlı planlamanın aparıldığını, təhsil müəssisələrində işləyənlərin mərhələli şəkildə peyvəndlənəcəyini deyib.

Qeyd edək ki, üz-üzə təhsildə iştirak edən müəllimlər peyvəndlənmə siyahısında ilk yerdəki qruplar arasında idi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR