• USD 1,7000 0,00% EUR 2,0331 0,00%
    • GBP 2,3391 0,00% RUB 0,0222 0,00%

Ərdoğandan KRİTİK AÇIQLAMA: "Avropadan Qafqaza qədər..."

  • Region
  • 3 Mart 2021 00:31
  • 804 Baxış
Ərdoğandan KRİTİK AÇIQLAMA: "Avropadan Qafqaza qədər..."

Xəbər veridiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında danışıqlar olub.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, danışıqlarda ikitərəfli və regional məsələlər diqqət mərkəzində olub.

Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə və Fransa iki ölkənin və vətəndaşlarının təhlükəsizliyini təhdid edən terror təşkilatları ilə mübarizədə birgə addımlara təşəbbüs edə bilər.

Türkiyə rəhbəri qeyd edib ki, iki ölkə Avropadan Qafqaza, Orta Şərqə və Afrikaya qədər uzanan geniş coğrafiyada təhlükəsizlik, sabitlik və sülh səylərinə əhəmiyyətli töhfə verə bilər. Terror təşkilatlarına qarşı mübarizədə ölkələrin, vətəndaşların təhlükəsizliyi ilə bağlı birlikdə atılacaq addımlar var.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR