
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 11 hərbçisi həlak olub, 2-i yaralanıb.
Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.
Faktla bağlı araşdırma aparılır.