
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş həlak olub.
Bu barədə Publika.az Türkiyə KİV-lərinə istinadla məlumat verir.
Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 10 hərbçi ölüb, 3 hərbçi xəsarət alıb.
Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.