Region
Şəhid olan türk generalla bağlı MARAQLI FAKTLAR: Azərbaycan sevgisi və Qarabağ əməliyyatının... - FOTO
Ötən gün Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə Quru Qoşunlarının 8-ci korpus komandiri general Osman Erbaş həlak olmuşdu.
Publika.az xəbər verir ki, general Osman Erbaş Azərbaycanın Qarabağda başlatdığı hərbi əməliyyatlarda geniş istifadə etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (İHA) sınaqlarında şəxsən iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, PUA istehsalı şirkətinin rəhbəri Səlcuq Bayraktarın generalla 10 ildən çox dostluğu olub və bu çərçivədə birlikdə pilotsuz uçuş aparatlarını test ediblər.
Osman Erbaş Azərbaycanın Qarabağ müharibəsində tətbiq etdiyi “Aypara” (Qurd Qapanı) taktikasını müasir hərb elminə uyğunlaşdıranlardan biridir.
Qeyd edək ki, O.Erbaş Türkiyənin Yozqat vilayətinin Yerkeyi bölgəsində anadan olub. 1983-cü ildə hərbi məktəbi, 1997-ci ildə hərbi akademiyanı və 2000-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirib. 2008-2010-cu illərdə Türkiyə Müdafiə Nazirliyinin yoxlama şöbəsinə rəhbərlik edib, Birinci Mexanikləşdirilmiş Piyada Briqadasının komandiri vəzifəsini icra edib. 2012-ci ildə general-mayor rütbəsi alıb. 2012-2015-ci illərdə Türkiyə Quru Qoşunlarının kəşfiyyatına rəhbərlik edib, 2015-2016-cı illərdə 6-cı Piyada Briqadasının komandiri olub. 2016-cı ilin iyul ayında Türkiyədəki çevriliş cəhdi zamanı dövlətin müdafiəsində əhəmiyyətli rol alıb. 2017-ci ildə 8-ci korpus komandiri təyin edilib.
Türkiyə və Azərbaycan üçün bu qədər əhəmiyyət daşıyan generalın helikopter qəzasında naməlum şəraitdə həlak olması onun sui-qəsdə qurban getməsi ehtimalını istisna etmir.
Zümrüd
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!