Ərdoğandan KRİTİK AÇIQLAMA: "Qarabağ üçün hər təşəbbüsü..."
Bizi izləyin

Region

Ərdoğandan KRİTİK AÇIQLAMA: "Qarabağ üçün hər təşəbbüsü..."

"Şimali Kiprdə olub-bitənlərə icazə verməyəcəyimizi göstərdik. Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatlarına dair hüquqlarımızı nəyin bahasına olursa olsun müdafiə edəcəyimizi açıq şəkildə bildirdik".

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Mavi Vatan 2021" Taktiki Təlimlərin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq hüquq normaları əsasında atdıqları addımlarla Liviyanın çevriliş hazırlayanlar tərəfindən işğalının qarşısını alıblar:

"Ölkəmizi Antalya sahillərində həbs etməyi hədəfləyən bütün qanunsuz cəhdləri dəf etdik. Xüsusilə Dağlıq Qarabağdakı işğala son qoymaq üçün göstərdiyimiz hər təşəbbüsü uğurla başa vurduq. Bütün bu addımları atarkən, əlbəttə ki, genişləndirici, müdaxiləçi bir düşüncə tərzi ilə hərəkət etmədik və etmirik də. Hər zaman dediyimiz kimi, heç bir ölkənin torpağında, dənizində və suverenliyində gözümüz yoxdur. Vətənimizi və hüquqlarımızı yalnız "Hazır ol cenge, ister isen sulh-ü salah" deyən əcdadların rəhbərliyi altında qorumağa çalışırıq".

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm