Türkiyə dənizdə ƏLİNİ GÜCLƏNDİRİR: Yeni silah düşmənə aman verməyəcək
Bizi izləyin

Region

Türkiyə dənizdə ƏLİNİ GÜCLƏNDİRİR: Yeni silah düşmənə aman verməyəcək

Türkiyənin döyüş gəmiləri yerli imkanlar hesabına istehsal edilən lazer silah sistemi ilə təchiz ediləcəklər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri xəbər yayıb.

Məlumata görə Türkiyə Müdafiə Sənayesi şirkətləri dəniz platformalarında istifadə ediləcək yerli lazer silahı üçün hərəkətə keçiblər.

Elektromaqnit top və lazer silah sistemi texnologiya inkişaf etdikcə modernləşdirilir. Hazırda bu sistemlərdən ABŞ və Çin kimi bəzi inkişaf etmiş ölkələrin donanmalarında istifadə edilir.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyacları istiqamətində inkişaf etdirilən lazer silah sisteminin "Meteksan Müdafiə" baş podratçısı, ASELSAN və TÜBİTAK əməkdaşlığı çərçivəsində istehsal ediləcəyi deyilir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm