Türkiyədə terrorçuların sığınacaqları darmadağın edildi
Bizi izləyin

Region

Türkiyədə terrorçuların sığınacaqları darmadağın edildi

Türkiyənin Silahlı Qüvvələrinin ölkənin şərqindəki Tunceli əyalətində keçirdiyi əməliyyat nəticəsində terrorçuların bir neçə sığınacağı məhv edilib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə əyalət qubernatorunun idarəsindən bildirilib.

"Eren-7 Mercan Munzur" əməliyyatı Hozat rayonu ətrafında keçirilib. Əməliyyat nəticəsində terrorçuların beş sığınacağı aşkar olunaraq məhv edilib.

Sığınacaqlarda axtarışın gedişatında qida məhsulları da tapılıb.

Regionda terrorizmlə mübarizə üzrə əməliyyat davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm