Türkiyə XİN-dən AVROPAYA MESAJ: Açar ölkə olacağıq...
Bizi izləyin

Region

Türkiyə XİN-dən AVROPAYA MESAJ: Açar ölkə olacağıq...

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında 18 mart tarixində imzalanan razılaşmanın 5-ci illiyi münasibətilə rəsmi "Twitter" hesabında paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda Türkiyənin keçmişdə olduğu kimi Avropanın gələcəyində də açar ölkə olacağı vurğulanıb.

Nazirlikdən bildirilib ki, Aİ ilə yenilənə biləcək yaxın əməkdaşlıq bütün qitəyə sülh, firavanlıq və sabitlik gətirəcək.

Paylaşımda yer alan infoqrafikada isə razılaşmanın Türkiyə ilə Aİ-nin ortaq hədəflər əsasında əməkdaşlıq etdiklərində bütün bölgə üçün müsbət nəticələrin olduğunu əldə edə bildiyini göstərdiyi və tam üzvlük perspektivinin inkişafı üçün də əlverişli bir vasitə olduğu qeyd edilib.

İnfografikada 18 mart razılaşmasının əsas ünsürləri "Türkiyənin Aİ-yə üzv olma prosesinin gücləndirilməsi, Gümrük Birliyinin yenilənməsi üçün danışıqlara başlanması, Türk vətəndaşlarına viza tətbiq edilməməsi, Türkiyə-Aİ Zirvəsi Yüksək Səviyyəli Dialoq Yığıncağı keçirilməsi, terrorla mübarizə və miqrasiya mövzusunda əməkdaşlıq" olaraq sadalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm