Cavad Zərif bu gün Türkiyəyə gedir
Bizi izləyin

Region

Cavad Zərif bu gün Türkiyəyə gedir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkiyəyə səfər edəcək.

Publika.az "Habertürk"ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr müzakirə ediləcək. Danışıqlarda eyni zamanda regional məsələlər də əsas diqqət mövzusu olacaq.

Diplomatik mənbələrdən bildirilib ki, Zərif görüşlərini İstanbulda keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm