Türkiyədə 26 terror hadisəsinin qarşısı alınıb - Süleyman Soylu
Bizi izləyin

Region

Türkiyədə 26 terror hadisəsinin qarşısı alınıb - Süleyman Soylu

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə terrorla mübarizə sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, nazir bu ilin ilk aylarında ölkədə 26 terror hadisəsinin qarşısının alındığını bildirib.

“İlin əvvəlindən etibarən 26 terror aktının qarşısı alınıb. Özü də onlardan biri bu günə təsadüf edir”, - deyə S.Soylu bəyan edib.

Onun sözlərinə görə, ötən il ərzində DİN 152 terror cinayətinin reallaşdırılmasına imkan verməyib.

S.Soylu əlavə edib ki, ilin əvvəlindən bugünədək 121 PKK terrorçusu zərərsizləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm