Ərdoğan regional prosesləri Şarl Mişellə MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Region

Ərdoğan regional prosesləri Şarl Mişellə MÜZAKİRƏ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə videokonfrans keçirib.

Publika.az xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilir ki, liderlər qarşılıqlı münasibətlər, regional proseslər, o cümlədən koronavirus pandemiyası ilə birgə mübarizəyə dair müzakirələr aparıblar.

Qarşılıqlı münasibətlərin inkişaf perspektivlərinə geniş yer ayrılan müzakirələrdə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Avropa İttifaqı əlaqələrinin gələcəyi ilə bağlı obyektiv və səmərəli yanaşma sərgilənəcəyinə ümidli olduğunu ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm