Yeni nazirlər, sürpriz adlar... - Ərdoğan qurultayda BUNLARI AÇIQLAYACAQ
Bizi izləyin

Region

Yeni nazirlər, sürpriz adlar... - Ərdoğan qurultayda BUNLARI AÇIQLAYACAQ

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.

Publika.az xəbər verir ki, türkiyəli yazar-jurnalist Əbdülqədir Səlvi qurultayla bağlı dəyərləndirmələr edib.

O bildirib ki, formalaşacaq yeni kabinet həftənin sonuna qədər açıqlanacaq.

Onun sözlərinə görə, adlarının bu gün açıqlanacağı gözlənilən yeni nazirlərin kimlər olduğunu yalnız Prezident Rəcəb Tayyib Ərdoğan bilir: "Ərdoğan bu dəfə daha çox AKP idarəçilyinə diqqət ayırır. Çünki bu heyət partiyanı 2023-cü il seçkilərində təmsil edəcək", - o qeyd edib.

"Ərdoğan tərəfindən elan ediləcək manifest nə olacaq?" başlıqlı məqaləsində Ə.Səlvi qurultayla və Nazirlər Kabinetində gözlənilən dəyişikliklərlə əlaqədar bunları qeyd edib:

"Həm ad olaraq, həm də Türkiyənin təmsilçiliyi baxımından Mərkəzi Qərar İdarəetmə Şurası siyahısının fərqli baxış altında hazırlandığı ifadə edilir. Ərdoğan bu müddətdə daha çox Mərkəzi Qərar İdarəetmə Şurası siyahısında yer alacaq adlara diqqət yönəldib. Qurultay keçiriləcək və daha sonra partiya yeni idarəçiliyi təyin edəcək. Ardınca, həftə sonuna qədər yeni kabinet formalaşdırılacaq. Kabinetdə dəyişikliklər bazar ertəsindən var, ancaq qurultaydan sonraya saxlanılıb. Ərdoğanın da bu müddətdə kabinet dəyişikliyi üzərində çalışdığı deyilir. Artıq bir müddətdir ki, Ankara kulislərində kabinetdə ediləcək dəyişikliklər müzakirə olunur. Hətta kabinetdə kimlərin gedəcəyi, kimlərin yer alacağı və yeni nazirlər haqqında danışılır. Nazir olacaq o şəxsləri isə yalnız Prezident Ərdoğan bilir. Ancaq görünən odur ki, gözlənilənlərlə yanaşı, gözlənilməz dəyişikliklər də olacaq. Çünki bu heyət 2023-cü ildə baş tutacaq prezident seçkilərində təmsil olunacaqlar və Ərdoğan qurultayda seçkilərlə bağlı da açıqlamalar verəcək", - Ə.Səlvi əlavə edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm