İrandan daha bir ETİRAZ: "Cəfəngiyatdır..."
Bizi izləyin

Region

İrandan daha bir ETİRAZ: "Cəfəngiyatdır..."

"Beynəlxalq hüquq normalarına riayət etməyən dövlətlərin İranda insan hüquqlarının pozulmasını iddia etmələri cəfəngiyatdır".

Publika.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

O bildirib ki, BMT-nin İnsan Hüquqları Şurasının İranda insan hüquqları ilə əlaqədar təqdim etdiyi hesabat həqiqəti əks etdirmir.

S.Xətibzadə nəzərə çatdırıb ki, sanksiyalara görə minlərlə insan dərman və tibbi ləvazimatlar ala bilmir. Karonavirusla mübarizə üçün lazımi preparatları İrana gətirmək mümkün deyil və bu səbəbdən insanlar müalicə ala bilməyərək həyatlarını itirirlər. Bütün bunlar insan hüquqlarının ən kobud şəkildə pozulmasıdır. Lakin hesabatda bu barədə heç bir söz deyilmir ki, bu da həmin hesabatın qərəzli və siyasi məqsədlərlə hazırlandığını göstərir.

İran bütün səviyyələrdə insan hüquq və azadlıqları barədə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirir. İran dövləti öz vətəndaşlarının azadlığını təmin edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm