Türkiyədə kütləvi iftarlarla bağlı məhdudiyyətlər TƏTBİQ EDİLƏCƏK
Bizi izləyin

Region

Türkiyədə kütləvi iftarlarla bağlı məhdudiyyətlər TƏTBİQ EDİLƏCƏK

“Türkiyədə koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar məhdudiyyətlər yenidən sərtləşdiriləcək”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Tayyip Ərdoğan Ankarada keçirilən mətbuat konfransında bildirib.

Ölkə lideri deyib ki, “qırmızı” əyalətlərdə "komendant saatı" yalnız bazar günləri deyil, şənbə günləri də tətbiq ediləcək.

O əlavə edib ki, Ramazan ayında kütləvi iftar süfrələri ilə bağlı məhdudiyyətlərin tətbiq ediləcəyinə də qərar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm