Region
Zelenski və Ağ evdən telefon danışığı barədə AÇIQLAMA
Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığından sonra ilk açıqlamasını tvitter səhifəsindən verib.
Publika.az RİA Novostiyə istinadən xəbər verir ki, V.Zelenski ABŞ-ın ölkəsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini yazıb:
“Co Baydenlə danışmağıma şad oldum. Ukrayna ABŞ-ın müxtəlif səviyyələrdə dəstəyini yüksək qiymətləndirir. Demokratiyanı qorumaq məsələsində çiyin-çiyinə dayanmışıq. Mən Ukraynada islahatların aparılması, şəffaflığın artırılması və sülhə nail olunması məsələlələrinə ciddi köklənmişəm. Amerika tərəfdaşlığı ukraynalılar üçün böyük əhəmiyyət daşıyır”.
Axar.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti də telefon danışığı barədə məlumat yayıb.
“Prezident Bayden Rusiyanın Donbas və Krımdakı təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyib. Tərəflər həmçinin, pandemiyaya qarşı mübarizə və regionda demokratiyanın möhkəmləndirilməsinin vacibliyini müzakirə ediblər”, - məlumatda bildirilib.
Röyters agentliyi isə bildirib ki, Bayden telefon danışığı zamanı Zelenskiyə Ukraynaya səfər etmək istədiyini deyib.
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu










.jpg)






.jpg)



















