Region
FETÖ ilə əlbir olan 265 hərbçi SAXLANILDI
Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində bir neçə genişmiqyaslı əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb. Onlardan 25-i həbs edilib, üç nəfər barəsində hələ də araşdırmalar aparılır. Saxlanılmasına qərar verilən daha 22 nəfərin axtarışları davam edir. Saxlanılanlardan 22-i terror təşkilatının fəaliyyəti ilə bağlı təhlükəsizlik qüvvələrinə geniş məlumat verib.
Daha bir əməliyyat İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində paralel keçirilib. Martın 23-də başladılan əməliyyatlarda indiyədək 184 hərbçinin saxlanılmasına qərar verilib. Bu şəxslərdən 172-i saxlanılıb ki, onlardan 123-ü hazırda fəaliyyətdə olan hərbçilərdir. Saxlanılanlardan 41-i həbs edilib, 92-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərin axtarışları davam edir.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub