ZƏRİF BƏYAN ETDİ: "Ancaq bu şəkildə müqaviləyə geri dönərik"
Bizi izləyin

Region

ZƏRİF BƏYAN ETDİ: "Ancaq bu şəkildə müqaviləyə geri dönərik"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsinə qayıdışı mövzusunu müzakirə etmək üçün 6 apreldə Viyanada keçiriləcək yığıncağda Avropa ölkələrindən sərbəst mövqe bildirmələrini gözlədiklərini söyləyib.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Məhəmməd Cavad Zərif ingiltərəli həmkarı Dominik Raab ilə telefonda danışaraq İrana qarşı bütün sanksiyaların aradan qaldırılması və nüvə müqaviləsinin Avropa tərəfinin şərtlərinin yerinə yetirilməsini rəsmi Tehran da təsdiq etməlidir.

İranlə nazir ABŞ-ın nüvə müqaviləsinə dönmə ehtimalının müzakirə olunacağı Vyana yığıncağında Qərb ölkələrinə səslənərək yaradıcı duruş sərgiləmələri üçün çağırış edib və "Ancaq bu şəkildə müqaviləyə geri dönərik" sözlərini işlədib.

İngiltərənin xarici işlər naziri Dominik Raab ölkəsinin Vyana toplantısından məhsuldar nəticə almaq üçün səy göstərəcəyini söyləyib.

Qeyd edək ki, ABŞ-ın nüvə müqaviləsinə qayıdışını müzakirə etmək üçün Avropa İttifaqı, Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və İranın yüksək vəzifəli nümayəndələri 6 apreldə Avstriyanın paytaxtı Vyanada üz-üzə bir araya gələrək İrana qarşı embarqonun qaldırılması və nüvə müqaviləsinin tam qaydada tətbiq olunması mövzusunu müzakirə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm