Rəsmi Moskva: Ən pis ssenariyə hazırıq
Bizi izləyin

Region

Rəsmi Moskva: Ən pis ssenariyə hazırıq

Moskva ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-dan rusiyalı diplomatların çıxarılmasının mümkünlüyü ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

“Başa düşürsünüz, Amerika tərəfinin düşmənçilik və proqnozlaşdırıla bilinməyən fəaliyyəti bütövlükdə bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Yəni ki, sizin olduqca aqressiv əhval-ruhiyyəli həmsöhbətiniz olduqda, təbii ki, siz hər zaman mobilizə olunmuş vəziyyətdə olursunuz”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, KİV-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı ssenarilər yayılıb. Rusiyalı diplomatların ABŞ-dan çıxarıla biləcəyi də qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm