Ramazanda BU QADAĞALAR TƏTBİQ EDİLƏCƏK - AÇIQLANDI
Bizi izləyin

Region

Ramazanda BU QADAĞALAR TƏTBİQ EDİLƏCƏK - AÇIQLANDI

Türkiyə Daxili İşlər Nazirliyi COVID-19-la bağlı Ramazan ayında tətbiq ediləcək qadağalar siyahısını açıqlayıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.

Bildirilir ki, “Ramazan ayı tədbirləri” adlı sərəncam artıq 81 valiliyə göndərilib.

Sərəncamla vətəndaşların izdihamlı şəkildə qatıldığı iftar və sahur kimi tədbirlərin keçirilməsi qadağan edilib.

Bundan başqa, ölkənin Dəyanət İşləri Vəqfinin tövsiyəsinə əsasən, ötən il olduğu kimi, bu il də təravih namazı (Sünnilər tərəfindən Ramazanda qılınan müstəhəb namaz) evdə qılınacaq.

Ramazan ayı ilə bağlı ziyarətgahlarda yarana biləcək sıxlığın qarşısını almaq üçün ara məsafəsi qaydası başda olmaqla, lazım olan digər qabaqlayıcı tədbirlər görüləcək.

İctimai nəqliyyatda sıxlığın yaranmasının qarşısı almaq məqsədilə iftardan 3 saat əvvəl avtobusların sayı artırılacaq.

Qeyd edək ki, COVİD-19-la mübarizə tədbirləri ilə bağlı Türkiyə Səhiyyə Nazirliyinin nəzdində yaradılan Elm Qurumunun bu gün Ramazan ayının başlanması ilə əlaqədar xüsusi iclası baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm