Rusiyadan Türkiyə ilə bağlı ŞOK QƏRAR: Dayandırıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Rusiyadan Türkiyə ilə bağlı ŞOK QƏRAR: Dayandırıldı - (YENİLƏNDİ)

Rusiyanın Türkiyə ilə hava əlaqəsini dayandırması qərarı Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri ilə əlaqəli deyil.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr. Bu, epidemioloji vəziyyətlə bağlıdır”.

Qeyd edək ki, Rusiya Türkiyə ilə hava əlaqəsini aprelin 15-dən iyunun 1-dək dayandırıb. Rusiya hökuməti bu qərarın Türkiyədə koronavirusa yoluxma hallarının çoxalması ilə bağlı verildiyini bildirsə də, qərar birmənalı şərh edilməyib.

xxx

12.04.2021. 21:12

Rusiya Türkiyə ilə hava əlaqəsini məhdudlaşdırmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, aprelin 15-dən etibarən iki ölkə arasında mütəmadi və çarter reysləri dayandırılacaq. Uçuşlara qadağa iyunun 1-dək qüvvədə olacaq.

Bildirək ki, Rusiyadan Türkiyəyə uçuşların məhdudlaşdırılması qardaş ölkədə koronavirusa yoluxanların sayının kəskin şəkildə artması ilə izah olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm