İLGİNC OLAY: Yemək yediyi yerdə dilinə iynə batdı - FOTO
Bizi izləyin

Region

İLGİNC OLAY: Yemək yediyi yerdə dilinə iynə batdı - FOTO

Türkiyənin İzmir şəhərinin Menemen rayon sakini, 42 yaşlı Fatma Yüce dostları ilə yemək yedikdən sonra boğazında ağrı hiss edib.

Publika.az "Yeni Şafak"a istinadla xəbər verir ki, bu ağrıdan dolayı həkimə müraciət edən Yücəyə boğaz infeksiyası diaqnozu qoyulub.

Təkrar müayinə zamanı isə məlum olub olub ki, onun dilinə iynə batıb.

Həkim bildirib ki, bu kimi şikayətlərlə çox zaman baş örtüklərini taxarkən ağızlarında iynə saxlayan və bu zaman iynəni udan şəxslər müraciət edirlər.

O qeyd edib ki, bu hadisənin yemək zamanı baş verməsi qəribədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm